Rusiyanın Ukraynanın Xerson şəhərində həyata keçirdiyi hücumda 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı öyrənilib.
Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib ki, son 24 saat ərzində 71 hücum həyata keçirilib, onlardan 6-sı Şahed PUA-ları tərəfindən həyata keçirilib. Prokudin hücumlar nəticəsində 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski hücumların bütün gecə davam etdiyini bildirib və “Rusiyanın Xersona hücumlarının nəticələrini aradan qaldırmaq bütün gecəni aldı. Terrorçular qəsdən mülki infrastrukturu və adi küçələri hədəfə alırlar. Bombardman nəticəsində məktəb, qazanxana, xəstəxanalar, şəhərin istilik şəbəkələri, fərdi və çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib. Bir uşaq da daxil olmaqla xəsarət alanlar var. Onların hamısına yardım göstərilir. Təəssüf ki, həyatını itirənlər də var. Ailələrinə başsağlığı verirəm. Bütün lazımi xidmətlər və xilasetmə qruplarımız 24 saat ərzində elektrik və istilik təchizatının bərpası üçün çalışırlar”, – deyə o bildirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal