Xəstəliyinə görə yarpaqların xışıltısına belə dözə bilmir!backend

Nadir xəstəliyinə görə yarpaqların xışıltısına belə dözə bilmir! “Pəncərədən uşaqlarıma baxdım, səsləri işgəncə kimi idi”

İki uşaq anası olan 49 yaşlı britaniyalı qadın nadir rastlaşdığı xəstəliyinə görə həmişə qoruyucu qulaqlıq taxır və hətta öz uşaqlarının səsinin də onun üçün işgəncəyə çevrildiyini deyir…İngiltərənin Sautport şəhərində yaşayan 49 yaşlı ana, nadir xəstəliyi səbəbiylə uşaqlarının gülüş səsinin belə onu ağrıtdığını izah edib.

Karen Kuk adlı qadında “Hiperakuz” (səsə dözümsüzlük) adlı xəstəlik var. Mütəxəssislər ‘Hiperakuz’u yüksək səsləri sevməmək və ya qorxmaq kimi təyin edirlər.

Çox nadir xəstəliyi olan insanlar başqalarını narahat etməyən yüksək səslərdən narahat olurlar. Onlar səsləri normal intensivliyindən daha narahatedici, ağrılı və qorxulu kimi qəbul edə bilərlər.

BBC North West-ə danışan qadın vəziyyətinin 2022-ci ildə qəfildən ortaya çıxdığını və illər keçdikcə tədricən pisləşdiyini izah etdi.

Yarpaqların xışıltısına belə dözə bilməyən bədbəxt qadın evdə tək olanda da səsi kəsən qulaq qoruyucuları taxır, ailəsi ilə yazı və ya pıçıltı ilə ünsiyyət qurur.

7 və 11 yaşlı iki uşağının səsinin belə ona işgəncə kimi gəldiyini izah edən Karen, “Uşaqlarımın gülüşü qədər gözəl bir şeyə belə dözə bilmirəm. Hətta onların Milad hədiyyələrini açmasını həyəcanla izlədim”.

Bir səs eşitdiyi zaman keçirdiyi hissləri “qulaqlarıma lava tökən biri kimi” ifadə edən iki uşaq anası “Miqren kimidir, təzyiqi azaltmaq üçün başını vurmaq istəyirsən” deyib.

Vəziyyətini yaxşılaşdırmaq və darıxdığı, lakin yaxşılaşa bilmədiyi köhnə həyatına qayıtmaq üçün hər cür cəhd etdiyini izah edən qadın, hələ də bir müalicə tapmaqda qərarlı olduğunu BBC North West-ə vurğulayıb.

İngilis Dailymail qəzetindəki xəbərə görə, ‘Hiperakuziyanın’ səbəbi tam olaraq bilinməsə də, atəşfəşanlıq kimi qəfil yüksək səs eşitdikdən sonra baş verə bilər.

Mənbə: hurriyyət.tr

Aynur Camal