Xəstəni xilas etməyə çalışarkən özü infarkt keçirdi!backend

İnfarkt keçirən Daisy Devane üzərində ürək masajı edən feldşer infarkt keçirib. İlk tibbi yardımı bilən Devanın həyat yoldaşı onu həyatda saxlasa da, başqa bir təcili yardım işçisi feldşer Ceremi Uilyamsın köməyinə gəlib.

Hazırda 33 yaşlı Daisy Devane infarkt keçirəndə feldşer Ceremi Uilyams ürək masajı ilə onu yaşatmağa çalışıb. Amma həmin an Williams da infarkt keçirib və huşunu itirib. Devane ilə birlikdə olan əri Eammon ürək masajını davam etdirdi. Digər təcili yardım qrupu feldşer Williams üçün göndərilib.

Təcili olaraq xəstəxanaya aparılan 55 yaşlı Uilyams ürəyinə iki stent taxaraq həyata qayıdanda müdaxilə etdiyi Devanın da sağ olduğunu öyrənincə çox sevinib. Bu hadisə 2022-ci ilin iyununda baş verib. İkisi bir müddət sonra yenidən bir araya gəldi və ilk yardımı öyrənməyin nə qədər vacib olduğunu xəbərdar etdilər.

Mənbə: TGRT

Aynur Camal