Qəzzada İsrail ordusunun mühasirəsində olan Nasser xəstəxanasına hücum təşkil edilib.
İsrail ordusu həftələrdir mühasirədə saxladığı Nasser xəstəxanasına bombalar yağdırıb. Hücum nəticəsində bir fələstinli ölüb, çoxlu sayda insan yaralanıb. İsrail qüvvələri bəzi həkim, tibb bacısı və xəstəxanaya sığınanları zorla çıxararaq Rəfaha sürgün edib, bəziləri isə yolda saxlanılıb.
İsrail qüvvələri 25 gündür mühasirəyə aldıqları xəstəxananın ətrafında snayperlərlə “günahsızları ovlayırdı”. Küçələrdə snayperlər tərəfindən öldürülən azı 17 cəsəd tapılıb. Əl-Cəzirə müxbiri Hani Mahmud deyib ki, “İsrail snayperləri səhiyyə ocağının yaxınlığındakı ərazini mühasirəyə alır və insanları güllələyir. “İndiyədək 17 cəsəd küçələrdən çıxarılıb. İsrail snayperləri bölgədəki dinc sakinlərin çölə çıxmasına icazə verməsə də, güllə ilə vurulan və yaralanan fələstinlilərin müdaxiləsinə də mane olub.
Digər tərəfdən, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 300-ü uşaq, 8 min 400-ü qadın olmaqla 28 min 576 fələstinli həyatını itirib, 68 min 291 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə: TGRT
Aynur Camal