İsrail Fələstində zorakılığını günü-gündən artırır. Xəstəxanadan sonra ibadət yerlərini hədəf alan İsrail Qəzza zolağında köçkünlərin sığındığı tarixi kilsə və məscidi hədəfə alıb.
“Yeni Gundem” xəbər verir ki, İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza zolağında daha bir məscidin tamamilə dağıdıldığı açıqlanıb.
Qəzzada Daxili İşlər Nazirliyinin Telegram hesabından verilən açıqlamada, hədəf alınan məscid Qəzza zolağının şimalında Cibaliye bölgəsində yerləşən əl-Öməri məscididir.
Açıqlamada hücumda ölən və ya yaralanan olub-olmadığı barədə məlumat verilməyib.
Qəzza zolağında HƏMAS-a bağlı hökumətin mətbuat xidmətinin rəhbəri Selame Maruf bildirib ki, “İsrail 10 məscidi dağıdıb, onlarla məscid və məbədə ziyan vurub. Bunların arasında 7 tarixi məscid və kilsə də var”.
İsrail dinc sakinlərin sığındığı tarixi kilsəni hədəfə alıb
İsrail Qəzza zolağında köçkünlərin sığındığı tarixi kilsəni hədəfə alıb. Hücum zamanı ölən və yaralananların olduğu bildirilib. Qüds Rum Pravoslav Patriarxlığı hücumu pisləyib.
Qeyd edilib ki, hücuma məruz qalan ərazidə 1000-ə yaxın xristianın yaşayırdı. Evləri dağıdılandan sonra qorunmaq üçün kilsəyə və onun binalarına sığınmışdılar.
Qüds Rum Ortodoks Patriarxlığı da bu barədə açıqlama verib: “İsrailin Qəzza şəhərindəki kilsəmizi hədəf alan bombardmanını ən şiddətli şəkildə qınayırıq”.
Mənbə: TrtHaber
Aynur Camal