Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Aşre əl-Qudra, şəhərdəki xəstəxanalardakı bütün generatorların 48 saat ərzində dayanacağını açıqlayıb.
Şəhərin səhiyyə sisteminin tarixinin ən pis mərhələsində olduğunu bildirən Qudra, Qəzzaya yardımların çatdırılma mexanizminin çox yavaş işlədiyini və bunun vəziyyəti dəyişməyəcəyini bildirib.
Digər tərəfdən bölgədəki səhiyyə mənbələrindən alınan məlumata görə, İndoneziya xəstəxanasında yanacaq bitdiyi üçün elektriklər kəsilib. Elektrik enerjisinin olmaması səbəbindən xəstələrin ölüm təhlükəsi ilə üzləşdiyi bildirilib.
Şifa Xəstəxanasının direktoru Muhammed Abu Silmiyye açıqlamasında Qəzzaya yanacaq axını olmadığı təqdirdə böyük fəlakətin baş verəcəyini bildirib.
Mənbə: TrtHaber
Aynur Camal