“Xəstəxanaya hücum hərbi cinayətdir, məsuliyyəti ABŞ daşıyır”backend

Qəzzada İsrailin Əl-Əhli Baptist Xəstəxanasına hücumundan danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hücumu hərbi cinayət kimi qiymətləndirib və son cəzanın verilməsini istəyib.

İsrail xəstəxananı bombalamaqla tarixdə qara iz buraxdı.

Mühasirəyə alınan Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumda minə yaxın insan həyatını itirib. İsrailin bu qətliamına dünyadan dərhal reaksiyalar olub. Həmin reaksiyalardan biri də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən gəlib.

“Qəzza zolağında xəstəxanaya edilən dəhşətli hücum açıq şəkildə müharibə cinayətidir”.

Medvedev bəyan edib ki, İsrailin hücumuna görə son məsuliyyət ABŞ-ın üzərinə düşür.

“Bunun üçün son məsuliyyət müxtəlif ölkələrdə və müxtəlif qitələrdəki müharibələrdən kinli şəkildə pul qazananların, hərbi sənaye obyektlərini dolduraraq ehtiyatsızlıqdan silaha külli miqdarda pul paylayanların, öz qlobal missiyasını yalandan bəyan edənlərin üzərinə düşür. ABŞ demokratik dəyərləri qorumalıdır”, – Medvedev bildirib.

İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500-ə yüksəldiyi bildirilib.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal