Xəzər beşliyinin xarici işlər nazirlərinin görüşü başladıbackend

Xəzər dənizində sahili olan Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İran xarici işlər nazirlərinin iştirak etdiyi toplantı Rusiyanın paytaxtı Moskvada başlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər dənizi ilə həmsərhəd olan ölkələrin (Xəzər beşliyi) xarici işlər nazirlərinin görüşündə nəqliyyat, iqtisadi əməkdaşlıq və Azərbaycan-Ermənistan münasibətlərinin müzakirə olunacağını açıqlayıb.

İclas çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşən Rusiyanın xarici işlər naziri Lavrov deyib: “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, enerji və digər iqtisadi əməkdaşlıq sahələrində bir çox mühüm layihələrimiz var. Biz bu istiqamətdə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparacağıq”.

Mənbə: İLKHA

Aynur Camal