Xəzərdə üzüb Bakıya çatan Buşbinin açıqlaması – VİDEObackend

İngilis səyyahı Karl Buşbi Xəzər dənizini üzüb keçərək Aktaudan Bakıya gəlib.

O, ümumilikdə 288 km-lik məsafə üzüb.

Bütün dünyanı piyada gəzməyi hədəfləyən və səyahətlərinə 1998-ci ildə başlayan Buşbi Xəzər dənizini üzərək Qazaxıstandan Azərbaycana gəlib.

Qazaxıstanın Aktau şəhərində 41 gün əvvəl dənizə girən və bu müddətin 32 günündə 288 kilometr məsafəni üzərək qət edən Buşbini bir dostu və iki azərbaycanlı peşəkar üzgüçü müşayiət edib.

Xəzər dənizindəki istirahət mərkəzlərindən birinin çimərliyinə yollanan Buşbini Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, Azərbaycan idmançıları və vətəndaşlar qarşılayıblar. Sahildə Buşbi və dostunun pasportları müvafiq orqanlar tərəfindən Azərbaycana daxil olmaq üçün möhürlənib.

Üzməyi çox yaxşı bilmədiyini ifadə edən Buşbi “Çətin idi, amma uyğunlaşdıq və məncə, sonda olduqca yaxşı çıxış etdik”, deyib.

 

Buşbi bildirib ki, Azərbaycan rəsmiləri səfəri zamanı onlara dəstək olub və “İndi evə gedəcəyəm, bir neçə həftədən sonra qayıdıb Azərbaycanı piyada gəzəcəyəm, oradan da Gürcüstana gedəcəyəm”, deyib.

 

O, səyahətə başlamazdan əvvəl müəyyən etdiyi qaydalara uyğun olaraq heç bir nəqliyyat vasitəsindən istifadə etmədi.

 

Səfəri zamanı 58 min kilometr piyada getməyi hədəfləyən Buşbi bu hədəfinin üçdə ikisindən çoxunu tamamlayıb.

 

Olke.az