Xəzəryanı ölkələrin XİN başçılarının görüşü başladıbackend

Bu gün Moskvada Xəzəryanı 5 ölkənin –  Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstanın xarici işlər nazirlərinin 12-ci görüşü başlayıb.

Məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin illik iclasında görüş öncə xarici işlər nazirlərinin iştirakı ilə təkbətək keçiriləcək, daha sonra tərəflər açıq iclasa qatılacaqlar.

Qeyd edək ki, İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan Moskvaya səfər edərkən deyib:

“Biz Xəzəryanı ölkələr arasında iqtisadi və ticarət əməkdaşlığını möhkəmləndirən məsələlərə diqqət yetiririk. Bu, beş sahilyanı ölkənin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün faydalı və təsirli ola biləcək məsələlərdəndir”.

Mənbə: Azad İran

Aynur Camal