Bartında meşəlik ərazidə xəzinə axtaran iki nəfər gözlənilməz nəticə ilə qarşılaşıb. Jandarma tərəfindən tutulan xəzinə ovçuları nəzarətə götürülüb.
Bartında vətəndaşların xəbəri üzərinə hərəkətə keçən İl Jandarma Komandirliyi qrupları meşə sahəsində apardıqları iş zamanı qayalıq ərazidə qanunsuz qazıntı edən 2 nəfəri yaxalayıb.
Xəzinə xəyalı ilə qazıntılar aparan xəzinə ovçuları birdən qarşılarında jandarma qruplarını görəndə nə edəcəklərini çaş-baş salıblar.
Şəxslərlə yanaşı, onlar elektron metal əl detektoru və qazıntıda istifadə olunan çubuq, kürək, çəkic, toxmaq və lom kimi materiallar da götürüblər.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.
Mənbə: TGRT
Aynur Camal