Xilas edilən 15 türkiyəli dənizçi Nigeriyadakı səfirliyə aparıldı – Videobackend

Nigeriyada dəniz quldurlarının əlindən xilas edilən “Mozart” gəmisinin 15 nəfərlik türkiyəli heyəti bu ölkənin paytaxtı Abucaya gətirilib. Onlar artıq Türkiyənin Abucadakı səfirliyində təhlükəsizlikdədirlər.

“Yeni Gündəm” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, heyəti səfir Melih Ulueren qarşılayıb.

Xilas olunanlar telefon vasitəsilə ailələri ilə əlaqə yarada biliblər. Dənizçilər İstanbula gətiriləcəklər.

Qeyd edək ki, Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisində girov götürülən 15 türkiyəli dənizçi fevralın 12-də xilas edilib.

Xatırladaq ki, Qvineya körfəzində “Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.