Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı qətliamını törədənlərdən birinin ələ keçirildiyini açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda Xocalı soyqırımını törədənlərdən Mədət Babayanın sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatında əsir götürüldüyü açıqlanıb.
Bəyanatda bildirilib ki, Babayan dindirilməsi zamanı Xocalıda dinc azərbaycanlıların qətliamında iştirak etdiyini, meyitlərin təhqir olunması və məhbuslara işgəncə verilməsinin şahidi olduğunu etiraf edib. Qeyd olunub ki, Babayan Xocalıda törətdikləri talanları da etiraf edib və onları qətlə yetirdikdən sonra basdırdıqları azərbaycanlıların kütləvi məzarlarının yerini göstərib.
1992-ci il fevralın 26-da Xocalıda 613 dinc sakin erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilib.
Mənbə: TrtHaber
Aynur Camal