Bir çox xarici KİV-i prezident İlham Əliyevin Xocalıda və Xankəndində Azərbaycan bayrağı qaldırması haqqında xəbərlər dərc edib.
Türkiyənin Hurriyet.Tr saytın da qeyd olunub ki, Azərbaycan ordusunun Qarabağda separatçı ermənilərə qarşı başlatdığı antiterror əməliyyatı 24 saat ərzində qələbə ilə nəticələndikdən sonra Prezident İlham Əliyev Azərbaycanın nəzarətində olan rayonlara səfər edib. Prezident səfər etdiyi rayonlarda Azərbaycan bayrağını dalğalandırıb.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Qarabağda separatçı ermənilərə qarşı aparılan antiterror əməliyyatından sonra ilk dəfə olaraq Azərbaycan ordusunun nəzarətində olan rayonlara səfər edib. Əliyev Azərbaycan bayrağını Xankəndində və Xocalıda qaldırıb. Əliyev 1992-ci ildə 613 azərbaycanlının qətlə yetirildiyi “Xocalı qırğını”nın baş verdiyi Xocalı şəhərində olub, Azərbaycan bayrağını qaldırıb, Şuşa quberniyasının Malıbəyli kəndində və Xankəndinin Kərkicahan qəsəbəsində olub. Əliyev Əsgəran şəhərində bayrağı qaldırdıqdan sonra Əsgəran qəsrini ziyarət edib. Azərbaycan Prezidenti Ağdərə şəhərindəki Serseng Dam gölünə səfərindən sonra Ağdərədə Azərbaycan bayrağını qaldırıb.
Xatırladaq ki, Azərbaycanın separatçı ermənilərə qarşı əməliyyatı 24 saat davam edib və Azərbaycanın qələbəsi ilə nəticələnib. Əməliyyatdan sonra Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni əhalisinin nümayəndələri arasında dialoq prosesi başlayıb və Qarabağdakı qondarma erməni administrasiyası sentyabrın 28-də özünü ləğv etdiyini bəyan edib.
Mənbə: hurriyyət.tr
Aynur Camal