Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında 2-ci turun görüşləri olubbackend

Yarışda iştirak edən ASAPES-in (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) kişilərdən ibarət komandası Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2 hesabı ilə qalib gəlib.

“Yeni Gundem” xəbər verir ki, ilk turda futzalçılarımız Finlandiyanın “Jivaskila Universitet” komandasına 2:3 hesabı ilə uduzmuşdu.

Reqlamentə əsasən, 5 komandalı qrupda yer alan ASAPES kollektivi ¼ finala çıxmaq üçün qrupda ilk 2 yerdən birini tutmalıdır.