Xristian gənclər sürətlə İslamı qəbul edirlərbackend

LGBT terrorizmi və İsrail soyqırımının təsiri! İngiltərədə xristian gənclər sürətlə İslamı qəbul edirlər

GÜNDƏMLGBT terrorizmi İngiltərədə ciddi sosial parçalanmaya səbəb olub. İsrailin oktyabrın 7-dən bəri həyata keçirdiyi qətliam gənclərə də çox təsir edib. Axtarışda olan xristian gənclər sürətlə müsəlman olurlar. Son 5 ildə sayının sürətlə artdığına diqqət çəkən “Daily Mail” qəzeti “Səkkiz yaşlı ağdərili ingilis uşaqlar niyə həyatlarını Allaha həsr etdilər?” sualını verib.

“Qaranlıq pencəkdə, həyəcandan gözləri parlayan doqquz yaşlı britaniyalı oğlanın əlində yeni müsəlman olduğunu sübut edən sənəd var”.

Daily Mail aşağıdakı açıqlamalardan istifadə edərək Britaniyanın İslamın yüksəlişindən qorxduğunu açıq şəkildə ortaya qoyub.

Rudi adlı bir İngilis gəncin İmam Məhəmməd Bilalın müşayiəti ilə Oldhamdakı Qrinqeyt məscidində İslamı qəbul etdiyini bildirən Daily Mail, Rudinin İngiltərədə İslamı qəbul edən yüzlərlə xristian gəncdən yalnız biri olduğunu ifadə edərək, əlavə edib: İnternet axtarış sistemində “İslama çevrilmə” yazırsan, “Siz çoxlu britaniyalı yeniyetmənin dini qəbul edən şəkillərini görəcəksiniz. Bunların bir çoxu məscidlər tərəfindən məyus gənc xristianlar və xristianların kütləvi dinini dəyişdirməsi “fenomenini” nümayiş etdirmək üçün yayımlanıb.

Daily Mail, “Son beş ildə İngiltərədəki 1500 məsciddə uşaq və tatuajlı, açıq-saçıq geyinən” və müsəlman olmaq istəyən gənclərin İslamı qəbul etmələrinin adi hala çevrildiyini gördük” deyib.

Mənbə: Ahaber

Aynur Camal