Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildibackend

Xüsusi karantin rejimində Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq

“Yeni Gündəm” xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə  xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-in fəaliyyətinin davam etdirilməsinə icazə verilir.