Avropa Birliyinin (AB) keçmiş Fələstin nümayəndəsi Sven Kühn von Burgsdorffun yamac paraşütü ilə uçarkən çəkdiyi video gündəmə gəlib.
Fələstinin Avropa İttifaqındakı (Aİ) keçmiş nümayəndəsi Sven Kühn von Burgsdorff sosial mediada “Həması ruhlandırdığını” iddia edərək tənqidlərə səbəb olub.
Avqust ayında vəzifəsini tərk edən 65 yaşlı alman diplomat yamac paraşütündən sonra “Qəzza tarixində ilk yamac paraşütü uçuşunu etdim. Qəzzada hər şey mümkündür. Fələstin və Qəzza müstəqillik qazananda siz də bunu edə bilərsiniz” deyib.
Sözügedən bu video bölgədə qarşıdurmalara səbəb olub.
İsrail Xarici İşlər Nazirliyi Burqsdorfun yamac paraşütü fəaliyyətinin “təxribat xarakterli təbliğat” olduğunu iddia edərək, alman diplomatı tənqid edib.
Nazirlikdən verilən açıqlamada “Avropalı diplomatın hələ də Aİ-ni və ona üzv olan dövlətləri təmsil etdiyini unudur” bildirilib.
Keçmiş AB Fələstin nümayəndəsi Sven Kühn von Burgsdorff oktyabrın 15-də dərc olunan müsahibəsində Təl-Əviv rəhbərliyini tənqid edərək, “İsrail Qəzzanı məhv etmək üçün vətəndaşlarının dəhşətli hadisələrlə üzləşməsini bəhanə edə bilməz” deyib.
Mənbə: TrtHaber
Aynur Camal