“Yanacağın qiymətinin artması ağır problemlər doğura bilər”backend

“Premium markalı (Aİ-95) benzinin qiymətinin ciddi şəkildə (25 %) bahalaşmasının iqtisadi əsaslandırılmasının nə dərəcədə səmimi və obyektiv olduğunu bir kənara qoyaq… Bu məsələdə əmin olduğum başqa bir həqiqət var: Kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla – yanacağı bahalaşdırmaqla almaq istəyirlər. Bu, yanlış yanaşmadır”

“Yeni Gündəm” xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.

“Fərdi avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək, mikromobillik (velosipeddən nəqliyyat kimi istifadə və s.) üçün münbit zəmin yaratmaq lazımdır. Yanacağın qiymətinin artması yalnız yeni və daha ağır problemlər doğura bilər…” – Ə.Hüseynov qeyd edib.