İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandı- Haker hücumu.
“The Jerusalem Post” qəzeti öz “X” hesabında yazıb: “Yırtıcı_Sərçə” adlı haker qrupu bu gün kiberhücum nəticəsində İranda yanacaqdoldurma məntəqələrinin əksəriyyətini sıradan çıxardığını bildirib”.
Məlumata görə, bu gün yerli vaxtla saat 11 radələrindən başlayaraq, İranın bir çox əyalətlərində minlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayanıb.
Qeyd olunub ki, İran Neft Nazirliyi də bəyanat yayaraq, yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin iflic olduğunu təsdiq edib.
Mənbə: Azad İran
Aynur Camal