“Yanlış məlumatlar paylaşmaq gəlir gətirməyəcək”backend

X sosial media platformasının sahibi Elon Musk, X-də yalan məlumatı olan yazıların gəlir gətirməsinin qarşısı alınacağını açıqlayıb.

X-də verdiyi açıqlamada Musk, platformanın yanlış məlumatı düzəltmək və ya yazının kontekstini izah etmək üçün istifadə edilən “icma qeydləri” funksiyasındakı yeniliyə toxunub.

Söz mövzusu yazıda Musk, “İcma qeydləri ilə düzəldilmiş bir yazı gəlir gətirə bilməyəcək” deyib.

Bu təcrübənin insanları sensasiyaya qarşı doğru məlumat almağa təşviq etmək məqsədi daşıdığını qeyd edən Mask, “Qeyd etmək lazımdır ki, insanların gəlirlərinin qarşısını almaq üçün cəmiyyət qeydlərindən istifadə etmək cəhdləri dərhal başa düşüləcək, çünki bütün kodlar və məlumatlar açıq mənbədir”- deyə O, açıqlama verib.

Mənbə: TrtHaber

Aynur Camal