YAP-da yeni şöbə yaradıldıbackend

“Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında yeni şöbə yaradılıb”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

T. Budaqov bildirib ki, Mərkəzi Aparatda ayrıca Gender məsələləri şöbəsi yaradılıb: “Hakim siyasi partiya olaraq, ölkə başçısının, partiya sədrinin tapşırıqlarına uyğun olaraq bu sahədə işləri davam etdirəcək”.