Yaponiya Aya yumşaq eniş etməyə cəhd edəcəkbackend

Yaponiya sabah Aya yumşaq eniş etməyə cəhd edəcək. Eniş uğurlu olarsa, Yaponiya Aya kosmik gəmi endirən 5-ci ölkə olacaq.

Ölkələr arasında kosmos yarışı güclənərkən, Yaponiyanı bu yarışda bir addım irəli apara biləcək kritik tarix yaxınlaşır.

Daha əvvəl Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən orbitə göndərilən SLIM (Ayı Tədqiq etmək üçün Ağıllı Lander) adlı pilotsuz kosmik gəminin sabah yerli vaxtla saat 00.20-də (18.20) Ay səthinə yumşaq eniş cəhdi edəcəyi açıqlanıb).

Təxminən 20 dəqiqə davam etməsi gözlənilən eniş zamanı özünü iki atletika yolu böyüklüyündə bir sahədə yerləşdirməyə çalışacaq vasitənin Ayın tədqiqində mühüm rol oynayacağı bildirilib.

Daha əvvəl iki dəfə kiçik asteroidlərin üzərinə enən JAXA, Aya daha çətin olan pilotsuz enişi həyata keçirərək, Yaponiyanın kosmos yarışında varlığını dünyaya sübut etməyi qarşısına məqsəd qoyub. Bildirilir ki, SLIM-in Aya yumşaq enişi Yaponiyanın yüngül kosmik gəmi istehsalındakı uğurunu göstərməsi baxımından əhəmiyyətlidir.

Mütəxəssislər bildirirlər ki, SLIM Aya eniş missiyalarının xərclərini azaldaraq Ayın qapılarını bütün dünya üzrə kosmos təşkilatlarına aça bilər.

Yaponiya SLIM adlı kosmik gəmini Aya endirməklə keçmiş Sovet İttifaqı, ABŞ, Çin və Hindistandan sonra Aya nəqliyyat vasitəsi endirən 5-ci ölkə olmağı hədəfləyir.

JAXA keçən sentyabr ayında H2A raketi ilə SLIM adlı pilotsuz kosmik gəmini və XRISM adlı astronomik müşahidə peykini orbitə göndərib. JAXA-nın verdiyi açıqlamada, görüntüləmə texnologiyaları sayəsində Ay kraterlərinin forması kimi topoqrafik məlumatları toplaması ifadə edilən SLIM-in 3-4 ay ərzində Ay orbitinə çatacağı və yumşaq eniş cəhdi edəcəyi bildirilib.

Bildirilib ki, XRISM təsvir peyki ulduzların və qalaktikaların ətraflı təsvirlərini əldə etməyi hədəfləyir. Toplanan məlumatların 2025-ci ilə qədər insanları Aya qaytarmağı hədəfləyən ABŞ-ın rəhbərlik etdiyi Artemis layihəsində istifadə ediləcəyi açıqlanıb.

Mənbə: TGRT

Aynur Camal