Yaponiya Rusiyanın nüvə sazişindən çıxmasından təəssüfləndiyini bildirdibackend

Yaponiya hökuməti Rusiyanın Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğvi məqsədilə əməkdaşlıq haqqında sazişi ləğv etmək qərarından təəssüfləndiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno Tokioda mətbuat konfransı zamanı bildirib.

“Yapon tərəfinə məlumat verilmədən birtərəfli qaydada qəbul edilən bu qərardan təəssüflənirik. Biz diplomatik kanallar vasitəsilə baş verənlərin təfərrüatlarını təsdiqləmək niyyətindəyik”, – Hirokazu Matsuno bildirib (TASS-a istinadən).

Xatırladaq ki, Rusiya və Yaponiya 1993-cü il oktyabrın 13-də nüvə silahının ləğvinə yardım etmək üçün əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd Rusiyanın nüvə silahlarının mərhələli şəkildə azaldılmasını nəzərdə tuturdu. Bu məqsədlə komissiya yaradılıb, onun tərkibində Yaponiya və Rusiya qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirib, məlumat mübadiləsi aparıblar.

2023-cü il noyabrın 9-da Rusiyanın baş naziri Mixail Mişustin Rusiya-Yaponiya müqaviləsinə xitam verilməsi haqqında sərəncam imzalayıb. Xarici İşlər Nazirliyinə bu qərarla bağlı Yaponiya tərəfini xəbərdar etmək tapşırılıb.

Mənbə: mail.ru

Aynur Camal