Yaponiya və Böyük Britaniya Ukrayna ilə müdafiə sazişi bağladıbackend

Yaponiya və Böyük Britaniya Ukrayna ilə müdafiə sektorunda uzunmüddətli müqavilə bağlayacaq.

“Yeni Gundem” xəbər verir ki  bu barədə RİA Novosti məlumat yayıb.

Hər iki ölkənin xarici işlər nazirləri və müdafiə nazirləri yekun bəyanatlarında bildiriblər ki, “Yaponiya və Böyük Britaniya Ukrayna ilə təhlükəsizlik üzrə xüsusi ikitərəfli uzunmüddətli öhdəliklər və sazişlər üzərində işi intensivləşdirəcək”. Bundan əlavə, görüş iştirakçıları Ukraynanın təklif etdiyi sülh düsturuna sadiqlik və dəstək, o cümlədən anti-Rusiya sanksiyalarından yayınma ilə mübarizənin vacibliyini vurğulamışdır.

Həmçinin Yaponiyanın xarici işlər naziri Yoko Kamikava G7 ölkələrinin Yaxın Şərqdəki münaqişə fonunda Kiyevə yardımı davam etdirəcəklərinə söz vermişdi.

Mənbə: Lenta.Ru

Aynur Camal