Yaponiyada Tohoku Yüksək Sürətli Qatar Xəttində qatarda kimyəvi panika baş verib.
“Yeni Gundem” xəbər verir ki, Şin-Aomori stansiyasından Tokioya gedən qatarda biri uşaq olmaqla 4 nəfərin çantadakı kimyəvi maddəyə toxunaraq bədənlərində yanıq xəsarətləri aldığı öyrənilib. Günorta saatlarında baş verən hadisədən sonra sərnişinlər Sendai stansiyasında qatardan təxliyyə edilib.
Hadisə yerinə çoxlu xilasedicilər göndərilib. Yaralıların həyati təhlükəsinin olmadığı öyrənilərkən, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal