Yaratdığı robot özünə hücum etdibackend

Robot İlon Maskın baş direktoru olduğu elektrik avtomobil istehsalçısı Tesla-nın fabrikində mühəndisi ağır yaralayıb.

Elektrikli avtomobil istehsalçısı Tesla-nın ABŞ-ın Texas ştatındakı fabrikində iki il əvvəl baş verən qəzanın robot hücumu nəticəsində baş verdiyi məlum olub.

 Tesla mühəndisi fabrikdə idarə olunmayan robotun hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, mühəndis və komandası maşınlarda işləmək üçün iki robotu sıradan çıxarıb, lakin üçüncü robotu açıq qoyub. Alüminium avtomobil hissələrini daşımaq üçün nəzərdə tutulan robot metal qolları ilə mühəndisi tutub və bir müddət buraxmayıb. Hadisə nəticəsində “qan içində qalan” mühəndis kürəyindən və qollarından ağır yaralanıb.

2021-ci ildə baş verən qəzanın təfərrüatları Tesla əməkdaşlarının fabrikdəki təhlükəsizlik zəifliyi barədə Amerika mətbuatına danışarkən məlum olub. Üstəlik, qəzadan sonra Tesla menecerlərinin dövlət orqanlarına təqdim etdiyi hesabatda mühəndisin sol əlində “kəsik və açıq yara” olduğu, lakin “məzuniyyətə getməsinə ehtiyac olmadığı” bildirilib.

Fəhlələrin vəkilləri iddia edirlər ki, fabrikdə baş verən qəzalarla bağlı hesabatlar yanlış və natamam məlumatlarla hazırlanıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal