Kolumbiyada yarı erkək yarı dişi olan son dərəcə nadir “mutant” quş aşkar edilib. Alimlər lələklərinin yarısı yaşıl, digər yarısı mavi olan “bal sürünən” quşunun həm erkək, həm də dişi xüsusiyyətlərə malik olduğunu aşkar ediblər.
Ötən il həvəskar quş müşahidəçisi mutant quşu görüb və onun fotolarını çəkib.
Müşahidəçi mutant quşun fotolarını Yeni Zelandiyanın Otaqo Universitetinin tədqiqatçıları ilə paylaşıb.
Lələkləri yaşıl və maviyə bölünən quşun bu xüsusiyyətinin hər iki cinsin xüsusiyyətlərini daşıması ilə əlaqədar olduğu müəyyən edilib.
Kolumbiyada tətildə olmuş bioloq Hamiş Spenser bu mənzərədən heyrətlənərək, kəşfin bu quşların yüz ildən artıq müddətdə ilk müşahidəsi olduğunu qeyd edib.
Növün dişiləri yaşıl rəngə, kişilər isə mavi rəngə meyllidirlər. Quşun hər iki rəngi olduğu üçün tədqiqatçılar quşun hermafrodit ola biləcəyindən şübhələniblər.
Mütəxəssislər quşlar haqqında yazılan bir məqalədə, “Quşlardakı bu hadisənin, mayoz zamanı bir səhv nəticəsində yumurtanın ayrı sperma ilə ikiqat dölləndiyi zaman meydana gəldiyi düşünülür” deyilib.
Nəticədə quşun bir tərəfində qadın, digər tərəfində isə erkək hüceyrələr olur. Quşun gündəlik fəaliyyətinə və fiziki xüsusiyyətlərinə baxaraq hansı cinsin daha çox üstünlük təşkil etdiyinə qərar vermək mümkündür.
Mənbə: Ntv.Tr
Aynur Camal