Yaşı 65-dən yuxarı olan şəxslərin nəzərinə: Nazirlər Kabineti qərar verdibackend

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, məktubda bir sıra məsələlərin yer alması ilə yanaşı, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan edilib.

Tapşırıq 10 avqust tarixindən 31 avqust tarixinədək qüvvədədir.

Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi.