Yaşıl Zonaya 12 raket atıldıbackend

Bağdadın mərkəzində xarici nümayəndəliklərin və hökumət binalarının yerləşdiyi Yaşıl Zonaya 12 raket atılıb.

İraqın Təhlükəsizlik Rabitə Şəbəkəsindən verilən açıqlamaya görə, bu gün səhər saatlarında Bağdadda Yaşıl Bölgəyə raket hücumu həyata keçirilib.

Bildirilib ki, diplomatik nümayəndəliklərin və dövlət qurumlarının yerləşdiyi Yaşıl Zonaya 12 raket atılıb.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Mənbə: İLKHA

Aynur Camal