Yaşlı nəsil başladır,gənc nəsli qırmaq üçün…backend

Bu dəfə “voina”-dan yazıram.Doğma dilimizin müharibə mənası verən sadə sözdən.

Söz sadə olsa da çox dəhşətli hadisələrin anası olmağı qarşısına hədəf qoyur.

Dahi Azərbaycanlı Nizami Gəncəvinin müqəddəs kəlamını başlanığıca salmağım təsadüfü deyil,rəmziseçimdir.

“Madam ki sülh ilə göyərər dilək,

Döyüşə at çapmaq daha nə gərək?

Əsrimizin elə bir vaxtında yaşayırıq ki,müharibədəndanışmaq gülməkdən başqa heç bir şeyin səbəbkarı olmur.Acı həqiqət isə,İsaak Nyutonun məşhur üçüncü qanunun tərifini göstərir.

Yuxarıda atalar sözünə müraciət etməyimdə qeyri-adi heç nə yox idi.

Axı vətənpərvər şair Bəxtiyar Vahabzadə demirdi ki,

“Atalar sözləri öyüddür bizə

Yüz illər,min illər deyiləcəkdir.”

Rəhmətlik Bəxtiyar müəllim dediyinə görə,düşündüm ki,atalar sözü həqiqətən bizə öyüd olsun.

Müharibə insanı məhv edən ən böyük pislikdir.O,təkcə bir insanı yox,insanlarıda,dahadoğrusu xalqların varlığınıda məhv edir.

Müharibə yaxşıları,mələkləri yer üzündən silib,şərəqol-qüvvət verir.

Böyük təssüf hissi ilə deyə bilərik ki,günümüzümüharibə ilə açıb,müharibə ilə bağlayırıq.

2 həftədən sonra Rusiya-Ukrayna müharibəsinin başlanmasından 1 il ötür.

Yəni,o daha körpə deyil uşaq sayılır.Yetimin gəncliyi hələ qabağdadır.

1 ildir ki,dünya səngimək bilmədən,medialar iki ölkənin savaşından danışır.

Viran edilən evlər,binalar,məhv edilən insanlar…bir sözlə yerlə-yeksan edilən XXI əsrin bir ölkəsi.

Bəzən düşünürəm ki,sözügedən müharibə həmdə bağlı qalan kirli üzləri meydana səpələdi.Adıçəkiləndə tir-tir əsənlərin həyəcanını boşaltdı.Kimisihiyləgər, kimisi saf,kimisi meymun və s.

Hələ Sergey Lavrovun Fransaya gülməli cavab verməsi kimin yadından çıxar ki…Bu ayrı bir ləzzət olub.

Müharibədə qalib tərəf yoxdur.Xüsusi ilə Rusiya-Ukrayna müharibəsində.Üstəlik,hansısa uğurdan danışmaq məntiqsiz təfəkkürün nəticəsi olar.Onminlərlə əsgərini itirən rus, yoxsa Naqasakiyəoxşuyan Ukraynanın.

Əgər ikisidə məğlubdursa,onda ikisidə intiqam hissi ilə yaşayacaq.

Məsələn:İllər sonra ABŞ uğurlarını xatırlayaraq,ingilis bayrağı altında güləcək,iki qardaş slavyan xalqı isə qisas hissi ilə ömür sürəcək.

Yenə can verən gənc nəsil olacaq.Yenə gənclər qatı düşmənçiliyini apararaq,bir-birini qırmaqda davam edəcəklər.Tarix belədir.Adətən müharibələri,pislikləriyaşlı nəsil başladır,gənc nəsil isə əzablarını çəkir.

Müharibə insan qırğınından başqa bir şey deyil.

Halbuki heç kim Ukrayna xalqının,daha doğrusu slavyan xalqının qəhrəmanlığını dana bilməz.Gəncnəslin nümayəndəsi Zelenskinin qəhrəmanlığı hələ bir yana.

Heç kimdə Qərbin Ukraynaya verdiyi böyük dəstəyini dana bilməz.

Əlbəttə güc həqiqətə qalib gələ bilər,amma sona qədər yox.Ortada bir deyim var.Ağılsız igid həmişə hiyləgər qorxaqa məğlub olur.Günün reallığı odur ki,dəlisov igid əsl düşmənini tanımır.

Buda onun nəticəsidir ki,dünya siyasi oyunçuların tribunasıdır.Siyasətdə şounu,səhnədə oynamğısevmir.