Azərbaycanlı yazıçı Ülviyyə Heydərova Vilnüsdə keçirilən “Baltiyskiy Qamayun” V Beynəlxalq Ədəbiyyat Festivalının qalibi olub.
“Yeni Gündəm” xəbər verir ki, müsabiqədə “Nəsr” nominasiyası üzrə 5 ölkədən 18 müəllif iştirak edib, 5 müəllif qalib seçilib.
Ülviyyə xanım yarışmada “Külək” hek Ülviyyə Heydərova ayə ilə iştirak edib.
Qaliblərin mükafatlandırma mərasimi noyabrın 20-də – Festivalın ikinci mərhələsində baş tutacaq.
Xatırladaq ki, rusca yazan və ya rus dilinə tərcümə olunan müəlliflərin iştirak etdiyi festivalı Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərin Beynəlxalq Assosiasiyası keçirir.
Tədbir böyük rus yazıçı Fyodor Dostoyevskinin 200 illiyinə həsr olunub.
Ayşən Rəhim