Yeganə psixiatriya xəstəxanasına zərbələr endirildibackend

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada yeganə psixiatrik xəstəxanaya hücum edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi xəbər verib.

Nazirlik daha bir zərbənin oftalmologiya xəstəxanasına vurulduğunu açıqlayıb.

İsrail əsgərləri son 24 saat ərzində Qəzza zolağında HƏMAS-ın 450 hərbi obyektinə hücum edib.

Bundan əvvəl İDF Qəzza zolağının mərkəzində yerləşən Əl-Məğazi qaçqın düşərgəsinə hücum edib. Fələstin mediası hücumda ən azı 51 nəfərin öldüyünü bildirib.

Mənbə: Lenta.Ru

Aynur Camal