Rusiyanın agentləri Ukraynanın yeraltı müqavimət qüvvələri tərəfindən tələyə düşüblər.
3 federal agent yeməklərinə qoyulan siçovul zəhəri ilə öldürülüb və bir agentin müalicəsi xəstəxanada davam edir.
Ukraynanın müqavimət qüvvələri rus agentlərinin yemək gətirən kuryerini oğurlayıb.
Hadisə ilə bağlı Rusiyadan hələlik heç bir təsdiq yoxdur. Agentlərin yemək sifariş etdiyi restoranda axtarış zamanı zəhər aşkar edilməyib.
Ukraynanın sürgündə olan Melitopol meri İvan Federov verdiyi açıqlamada hadisəni təsdiqləyərək, “Onlar yerli kafedən yemək sifariş veriblər və bu yeməkləri qəbul etdikdən sonra hamısı zəhərlənib, hətta bəziləri ölüb. Onlar artıq buna qarşı mübarizə apara bilməyəcəklər” deyib.
“Düşmənin məhv edilməsi təkcə partlayışlar, raket hücumları ilə deyil, həm də müqavimət qüvvələri tərəfindən həyata keçirilir. Məsələn, bu yaxınlarda məhv edilən düşmənlər, yəni zəhərlənmiş düşmənlər haqqında hətta düşmən Telegram kanalları tərəfindən məlumat verilib”, – mer deyib.
Mənbə: TGRT
Aynur Camal