İsrail döyüş təyyarələrinin blokada altında olan Qəzza zolağında fələstinli ailələrin evlərinə təşkil etdiyi hücumlarda ən azı 14 nəfərin öldüyü bildirilib.
“Yeni Gundem” xəbər verir ki, Qəzza Daxili İşlər Nazirliyi İsrailin Qəzza zolağına son hücumları ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada İsrail təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Zewayide bölgəsində bir fələstinli ailənin evinə təşkil etdiyi hücumda 11 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin Qəzzanın cənubuna hücumu zamanı iki yaşayış binası dağıdılıb, çoxlu sayda ölü və ya yaralı dağıntılar altından çıxarılıb.
İsrailin Qəzzanın şimalındakı Cibalya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda da 3 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.
Mənbə: TrtHaber
Aynur Camal