Yeni il günü maşını aşırdı, arvadı və nəvəsi öldübackend

Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi  ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb.

DİN-in mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Babək RPİ tərəfindən araşdırma aparılır.