Yeni qızıl yataqları tapıldıbackend

Səudiyyə Ərəbistanı Mədən Şirkəti (Maaden) paytaxt Ər-Riyadın qərbində, Mansura-Massara qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqlarının tapıldığını açıqlayıb.

Səudiyyə Ərəbistanı Mədən Şirkəti (Maaden) tərəfindən edilən yazılı açıqlamada, bunun şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsində ilk kəşf olduğu bildirilib.

“Bu onu göstərir ki, yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar”.

Açıqlamada Mənsurə-Məssərə mədəninin cənubunda 100 kilometrlik ərazidə bir çox yerdə qazma işləri aparıldıqdan sonra ümidverici nəticələr əldə edildiyi bildirilib və aşağıdakılar qeyd edilib:

Regionun beynəlxalq standartlarda mühüm qızıl kəmərə çevrilməsi üçün böyük gözləntilər var. Qazma nəticələri göstərir ki, mədəndə zəngin sərvət var və yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar.

 “2023-cü ilin sonuna qədər təxminən 7 milyon unsiyaya çatdı”

“Mənsurə-Məssərə qızıl ehtiyatlarının həcmi 2023-cü ilin sonuna qədər təqribən 7 milyon unsiyaya çatıb, yeni kəşfdən əvvəl illik istehsal gücü 250 min unsiya olub”, – deyə məlumatda bildirilir.

Hökumətin əvvəlki açıqlamalarına görə, Səudiyyə Ərəbistanı təxminən 1,3 trilyon dollar dəyərində emal olunmamış minerallara malikdir və xarici investorları cəlb etmək yollarını axtarır.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal