Sosial mediada populyarlaşan “Yuyunmaya ehtiyac yoxdur” tendensiyası həm duşdan, həm də paltaryuyan maşından daha az istifadə etməyi təşviq edir və bununla da iqlim böhranının təsirlərini azaldır.
“Yeni Gundem” xəbər verir ki, modelyer Stella Makkartninin başlatdığı “Yuyunmaya ehtiyac yoxdur” hərəkatı getdikcə populyarlaşır. Sosial media platformalarında milyonlarla baxış toplayan hərəkatın məqsədi iqlim böhranının təsirlərini azaltmaqdır. Hərəkat insanları paltarlarını və saçlarını daha az, hətta heç yumamağa çağırır. Britaniyalı moda dizayneri Makkartni trendin şüarını “Təmizləməyə mütləq ehtiyacınız olmadıqca təmizləməyin” kimi təsvir edib.
EYNİ VAXTDA PULA QƏNAƏT EDİN
“Yuyulmamaq” hərəkatı bir çox insanın paltarlarını hər istifadədən sonra yumasının gigiyena deyil, vərdiş məsələsi olduğunu deyib. İnsanların yaşadıqları yerin mövsümi şərtlərini və ya işlədikləri mühiti nəzərə alaraq daha az yuyulma və ya soyuq su ilə yuyulma tələb edən parçalar seçmək kimi seçimlər edə bildiyi bildirilib. Trendin yeganə faydası kimyəvi tərkibli şampunlar və yuyucu vasitələrdən istifadə etməməklə planetdəki suyu təmiz saxlamaqdır. Bu addım həm də məişət hesablarında böyük əşyalar olan paltaryuyan maşınların istifadəsini azaltmaqla pula qənaət etməyə kömək edir.
Mənbə: hurriyyət.tr
Aynur Camal