Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi Azərbaycan Ordusunun nəzarətə götürdüyü yeni yüksəkliklər barədə məlumat yayıb.
“Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb”-Nazirliyin məlumatı
Ordumuzun əldə etdiyi yeni üstünlüklərini hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə etdik.
Hərbi ekspert Ədalət Verdiyev “Yeni Gundem”-ə açıqlamasında bildirdi ki, yeni yüksəkliklər Azərbaycanın Ermənistanla sərhəddə nəzarət -buraxılış məntəqəsinin inşası ilə nəticələnəcək.
“Azərbaycan Ordusu Cağazur və Zabux kəndləri arasında yerləşən yüksəklikləri, əsas və yardımçı yolları nəzarətə götürməsi Azərbaycanın Ermənistanla sərhəddə nəzarət -buraxılış məntəqəsinin inşası ilə nəticələnəcək.Bu Ermənistandan Azərbaycan ərazilərinə şəxsi heyətin silah-sursatların, minaların daşınmasının qarşısını alacaq. Azərbaycan Ermənistanla olan ərazilərin çox vacib hissələrini nəzarətə götürmüş olacaq”-deyə o qeyd edib.
Fərahim Rəhimov