Yeni Zelandiyada yerin 33 kilometr dərinliyində meydana gələn 6,2 bal gücündə zəlzələdə ilk təsbitlərə görə can və mal itkisi olmayıb.
“Yeni Gundem” xəbər verir ki, Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Oklend adaları olduğunu açıqlayıb. İlk təsbitlərə görə, yerin 33 kilometr dərinliyində baş verən 6,2 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.