Ukraynanın bir çox şəhərlərində “Kyivstar” mobil operatorunun işində yaranan nasazlıq səbəbindən hava reydinin elan edilməsi ilə bağlı problemlər yaranıb. Bu barədə Ukraynanın “Strana.ua” nəşri Telegram-da məlumat yayıb.
Xəbərdarlıq sisteminin nasazlığı Uman, Dnepr və Kiyev vilayətinin bir çox yaşayış məntəqələrində, o cümlədən Buça, İrpen və Vişnevoyedə baş verib.
Həmçinin Ukraynanın Oschad və Privat bankın işində problemlər baş vermişdi. Bəzi bankomatlar, məlumat və ödəniş terminalları, eləcə də POS terminallar fəaliyyətini dayandırılmışdı.
Dekabrın 12-də respublika sakinləri “Kyivstar” yerli mobil operatorunun işində irimiqyaslı fasilədən şikayət ediblər. Mobil rabitə və ev interneti ilə bağlı problemlər Kiyev vilayətinin, Kropivnitski, Lvov, Jitomir və digər yaşayış məntəqələrinin sakinləri tərəfindən aşkar edilib.
Mənbə: Lenta.Ru
Aynur Camal