Yenidən hava zərbələri nəticəsində uşaqlar öldbackend

İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava hücumlarında 4 uşağın həyatını itirdiyi açıqlanıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgələrindəki evləri bombaladığı bildirilib.

Xəbərdə hava hücumlarına məruz qalan evlərin dağıntıları altında 4 uşağın cəsədinin tapıldığı bildirilib.

Xəbərdə İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus bölgəsinə qarşı havadan və qurudan hücumlarını davam etdirdiyi, şəhərdəki Nasser xəstəxanası ətrafının haubitsa topları ilə hədəfə alındığı da bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal