İsrail-Həmas müharibəsində 66-cı gün: Netanyahunun ‘gizli komandası’ ifşa olundu, mülki əhalinin üzərinə bombalar yağdırıldı.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İsrail dinc sakinləri öldürməyə davam edir. Yüzlərlə mülki vətəndaşın sığındığı Qəzzada Cibaliya Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının məktəbinə bombalar yağdırılıb. Hücum zamanı çoxlu insan həyatını itirib. İsrailin baş naziri Binyamin Netanyahunun gizli komanda yaratdığı üzə çıxıb. Komanda yüksək səviyyəli müttəfiqlərdən və müdafiə təşkilatının nümayəndələrindən ibarətdir.
İsrail HƏMAS-ın oktyabrın 7-də başlatdığı Əl-Əqsa daşqın əməliyyatına cavab olaraq 66 gündür Qəzzanı bombalayır.
Xəstəxanaları, məktəbləri və qaçqın düşərgələrini hədəfə almaqdan çəkinməyən İsrail, təxminən 18 min fələstinlini öldürüb.
Müharibə cinayəti törətmədiyini iddia edən İsrail bir müddət əvvəl yenidən məktəbi hədəfə alıb.
Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının məktəbinə bombalar yağdırılıb. Bölgə yanğın səhnəsinə çevrilərkən, hücumda çoxlu fələstinli həyatını itirib.
Sosial mediada yayılan görüntülərdə məktəb bağçasında qan izlərinin olduğu və hücumdan sonra hədəf alınan binada yanğının başladığı görülüb. Başqa bir videoda isə bir fələstinli hücumda çoxlu sayda insanın öldüyünü və yaralandığını bildirib.
Mənbə: TGRT
Aynur Camal