Yenigundem.az saytının 6 yaşı tamam olurbackend

Bu gün “Gündəm Media” MMC-yə daxil olan Yenigundem.az xəbər saytının yaranma günüdür.

Yenigundem.az internet xəbər portalı 2017-ci il, avgust ayının 10-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

“Gündəm Media”a aid olan Yenigundem.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Yenigundem.az internet xəbər portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

Beynəlxalq sayğac sistemi olan “Google Analytics”ə görə portala son hər ay 1 milyon ziyarətçi daxil olur. Saytın gündəlik 10 mindən çox izləyicisi vardır.

Bundan başqa Yenigundem.az-ın sosial şəbəkələrdə hesabları mövcuddur.

Yenigundem.az “Gündəm Media” MMC-nin tərkibində fəaliyyət göstərir. Media Groupun rəhbəri tanınmış jurnalist Təbriz Məhərrəmoğlu, saytın baş redaktoru isə Ramil Hüseynlidir.