Yerkökünün düzgün yetişdirilməsibackend

İngilis mühəndisləri həqiqətən vacib bir problemi araşdırdılar – niyə yerkökü zamanla öz formasını itirir və əyri olur. Onlar da bizə bunun qarşısını almaq yollarını deyiblər.

Böyük Britaniyanın Bat Universitetinin tədqiqatçıları yerkökün əyrilik radiusunu araşdırıb və kök deformasiyasına təsir edən amilləri müəyyən ediblər. Nəm itkisi onlardan ən vacibi olub, The Independent yazır.

Əgər bütöv bir yerkökü uzununa kəsilərsə və uzun müddət havada qalarsa, o, nəmini itirməyə başlayacaq. Üstəlik, kökün xarici təbəqəsi mərkəzdən daha tez quruyur, bu da onun xaricə əyilməsinə səbəb olur. Kəsmə müstəvisindən və xarici mühitin təsirindən asılı olaraq əyrilik radiusu dəyişə bilər. Orta hesabla, kök məhsulunun əyrilik radiusu həftədə 1,6 metrdən 1,1 metrə qədər azalır. Köklərin çəkisi də dəyişir – 22% kiçik olur. Bu cür dəqiq məlumatlar mühəndislik təcrübələri zamanı müəyyən edilmişdir. Məhsulu düzgün saxlamaqla ciddi deformasiyanın qarşısını almaq olar. Yerkökü doğrayın, sonra hermetik konteynerə qoyun və sərin, nəm və hava keçirməyən yerdə saxlayın (soyuducu yaxşıdır). Orada dilimlər öz qida xüsusiyyətlərini və cəlbedici görünüşünü daha uzun müddət saxlayacaqlar.

Bundan əlavə alman sənaye dizayneri Lea Lorenz unikal gil soyuducu yaratmışdı. O, köhnə buxarlandırıcı soyutma prinsipi üzərində işləyir və meyvə, tərəvəz və çörəyi saxlamaq üçün idealdır.

Mənbə: mail.ru

Aynur Camal