Yevlaxda ərə gedən azyaşlı gəlin danışdı: “Mənimlə cinsi əlaqədə olarkən…”backend
Yevlax şəhərində 2004-cü il təvəllüdlü Səlim 14 yaşına çatmayan Səidə ilə ailə qurub, onunla cinsi əlaqədə olub.
“Yeni Gündəm” xəbər verir ki, Səlim 27 sentyabr 2020-ci ildə, gecə saat 01 radələrində yaşadığı Yevlax şəhərində evdə faktiki ər-arvad münasibətlərində yaşadığı 2008-ci il təvəllüdlü Səidə ilə cinsi əlaqədə olub. O, həmin vaxtdan 2 fevral 2021-ci ilə kimi mütəmadi olaraq azyaşlı Səidə ilə cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ondan yaşda kiçik olan Səidə ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıb:
“Lakin mənim və Səidənin azyaşlı olduğuna görə evlənməyimə icazə vermədilər. 26 sentyabr 2020-ci ildə gündüz Səidə ilə görüşdük. Söhbət edərkən Səidə gecə gələrək ailə qurmaq məqsədilə qaçırmağımı dedi. Ona görə həmin gecə Səidəgilin küçəsinə getdim. Səidənin küçəyə çıxmasın gözlədim. Səidə küçəyə çıxdı. Onu öz razılığı evimizə apardım”.
Səlim deyib ki, fevralın 27-də yaşadığı evdə könüllü olaraq Səidə ilə cinsi əlaqədə olub: “Səidə ilə cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişəm. Səidə ilə 2 fevral 2021-ci ilə kimi Yevlax şəhərindəki yaşadığımız evdə ər-arvad kimi cinsi əlaqədə olmuşuq. Polis şöbəsində olarkən barəmdə cinayət işi başlanacağı izah edildi. Ona görə Səidə ilə cinsi əlaqədə olmağı dayandırdım”.
Səlim ifadəsində göstərib ki, Səidə ilə bir ailə kimi mehriban yaşayır və aralarında heç bir narazılığı yoxdur.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidənin sözlərinə görə, qohumları olan Səlim ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıblar:
“Ancaq azyaşlı olduğuma görə, məni Səlimlə evlənməyə icazə vermədilər. Sentyabrın 26-da Səlimlə gündüz görüşdük. Söhbət edərkən evlənmək qərarına gəldik. Ona görə həmin gecə Səlim bizə gəldi. Anamgil yatdıqdan sonra evdən çıxdım və Səlimlə ailə qurmaq məqsədilə ona qoşularaq qaçdım”.
Səidə qeyd edib ki, fevralın 27-də Səlimgilin yaşadığı evdə könüllü olaraq onunla cinsi əlaqədə olub: “Səlim mənimlə cinsi əlaqədə olarkən mənə heç bir zor tətbiq etmədi. Səlimlə 2021-ci ilin fevralın 2-ə kimi Yevlax şəhərində yaşadıqları evdə ər-arvad kimi cinsi əlaqədə olmuşuq”.
Səidə deyib ki, Səlimlə ailə kimi bir yerdə mehriban yaşayır və aralarında heç bir narazılıqları yoxdur.
Yevlax rayon Məhkəməsinin hökmü ilə Səlimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.demokrat.az