Yıxılan xəstənin bileti oğurlandıbackend

Yerə yıxılan 80 yaşlı avstraliyalının bileti həmin vaxt ona yaxınlaşan oğru tərəfindən oğurlanıb. Həmin anlar kameraya düşüb. Qadının yıxılan xəstə təqaüdçünün pulunu oğurlaması anı kameralara düşüb.

Avstraliyada baş verən hadisədə Tomas Purtill tutma keçirib yerə yıxılmadan əvvəl üzərində oyun oynadığı maşından təxminən 300 dollar qazanıb.

 O, qocanın 300 dollarlıq uduş biletini oğurlayıb.

Həmin vaxt yaxınlaşan oğru əvvəlcə 80 yaşlı kişidən narahat görünüb və əməkdaşları çağırsa da, daha sonra onun biletini cibinə atıb.

Oğurluq anı kameralara düşüb. Polis qadının kimliyini müəyyən etmək üçün görüntüləri yayıb.

Purtil iki gün xəstəxanada müalicə olunub. Oğrunu tanıyanlardan onu polisə təhvil vermələrini xahiş edib.

“Yerə yıxıldığımı xatırlayıram. Düşünürəm ki, bileti maşına qoymamışdan əvvəl yıxıldım”, – Purtill deyib. Mirror-un məlumatına görə, oğrunun hərəkətləri barədə nə düşündüyünü soruşduqda, Purtill belə cavab verib: “Televiziyada çox şey deyə bilmərəm. Buna icazə verilmir” əlavə edib.

Mənbə: EnSonHaber

Aynur Camal