“Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirib – FOTObackend

4 oktyabr 2022-ci il tarixində “Diqqət, uşaqlar!” aylığı çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 54 nömrəli tam orta məktəb ilə birgə  “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən “Yeni Gundem”-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.Tədbirdə yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti  ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olunub.

Nümayiş olunan  videoçarxlar vasitəsilə uşaqlar piyadaların səhvlərini müzakirə ediblər, təhlükəsizlik kəmərini bağlamayanda hansı pis nəticələrlə qarşılaşacaqları uşaqlara izah edilib. Videoçarxlardakı hadisələr haqqında uşaqların fikirləri dinlənilib və sualları cavablandırılıb. Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş leytenantı Pərvanə Muradova, Nəsimi rayonu 19-cu polis bölməsinin inspektoru, polis kapitanı Zeynalov Əhməd, 54 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.Tədbirdə iştirak edən şagirdlərin sayı – 60 nəfər olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin müvafiq əmrinə  əsasən respublika ərazisində 2022-ci il sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçıvəsində maarifləndirici tədbirlər davam edir.