Yük gəmisi minaya düşdübackend

Panama bayraqlı yük daşıyıcısı Qara dənizdə Rusiyaya məxsus minaya düşüb.

 Ukrayna hadisə nəticəsində iki nəfərin yaralandığını açıqlayıb.

Ukraynanın cənub hərbi komandanlığı taxıl yükləmək üçün Dunay çayı üzərindəki limana gedən Panama bayraqlı yük daşıyıcısının Qara dənizdə Rusiyanın yerləşdirdiyi minaya düşdüyünü açıqlayıb. Açıqlamada gəminin minaya çırpılaraq idarəetməni itirdiyi və üst göyərtədə yanğının başladığı bildirilib.

Odessa Vilayət Prokurorluğu baş verən hadisədə kapitanın və bir misirli dənizçinin yaralandığını açıqlayıb və dənizçinin İzmail şəhərində xəstəxanaya yerləşdirildiyini bildirib.

Xatırladaq ki, Rusiya iyul ayında Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına icazə verən Taxıl Dəhlizi Sazişindən çıxdıqdan sonra Dunay çayı ətrafındakı və Qara dənizin qərbindəki Ukrayna limanlarına hücumlarını artırıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal