Yükgöndərənlərə dair YENİ TƏLƏBLƏRbackend

Yükgöndərən daşıma müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları aviaşirkətə (daşıyıcıya) təqdim etməlidir.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, yükgöndərən bu məlumatların, sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyəcək.